Modern.az

Azərbaycanda kim daha çox koronavirusa yoluxur: kişilər, yoxsa qadınlar?

Azərbaycanda kim daha çox koronavirusa yoluxur: kişilər, yoxsa qadınlar?

19 Aprel 2021, 09:43

Azərbaycanda koronavirusa yoluxan kişilərin sayı artıb. Modern.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, hazırda COVID-19 diaqnozu qoyulanların 51 faizini qadınlar, 49 faizini kişilər təşkil edir.

Xatırladaq ki, virusun ölkəmizdə yayılmağa başladığı vaxtlarda Azərbaycanda yoluxma qadınlar arasında 54 faiz, kişilər arasında 46 faiz idi.

Yoluxanların yaşına gəlincə, 0-9 yaş arası yoluxanlar 3 faiz, 10-19 yaş arası yoluxanlar 6 faiz, 20-29 yaş arası yoluxanlar 16 faiz, 30-39 yaş arası yoluxanlar 21 faiz, 40-49 yaş arası yoluxanlar 15 faiz, 50-59 yaş arası yoluxanlar 18 faiz, 60-69 yaş arası yoluxanlar 15 faiz, 70-79 yaş arası yoluxanlar 4 faiz, 80 yaş və üzəri yoluxanlar isə 2 faiz təşkil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub