Modern.az

Şaymiyev əbədi deputat olacaq

Şaymiyev əbədi deputat olacaq

4 Fevral 2010, 20:14

Bu gün Tatarıstan prezidenti Mintemir Şaymiyev tutduğu vəzifədən getdiyini açıqlayıb. Modern.az xəbər veir ki,  20 ilə yaxın müddət ərzində Tatarıstana rəhbərlik etmiş, respublika Ali Sovetinin ilk sədri, respublikanın ilk prezidenti olmuş Şaymiyev bu gün parlamentdə çıxış edib. Tatarıstan parlamentarilər prezident postunu tərk edən  Şaymiyevə parlamentdə əbədi deputat yeri təklif ediblər. Parlamentin sədri Fərid Muxametşin bugünkü iclasda qeyd edib ki, parlamentdə Şaymiyev üçün xüsusi yer ayrılıb. Və o, parlamentin bütün iclaslarında iştirak edə bilər.  Təklif bütün deputatlar tərəfindən dəstəklənib. Şaymiyev isə təklifə belə münasibət bildirib: “Mən özüm də sizinlə uzun müddət görüşə bilməməyimi təsəvvür edə bilmirəm. Əgər etiraz etməsəniz, mən özüm üçün artıq parlamentdə, bir küncdə  yer tapmışam”.

 

Qeyd edək ki, Tatarıstanın yeni prezidenti Rustəm Minnixanov olacaq. Hazırda Tatarstanın baş naziri olan Minnixanovun prezident postuna namizədliyi Rusiya prezidenti Dmitri Medvedev tərəfindən irəli sürülüb. Parlamentarilər  onun namizədliyini yekdiliklə təsdiqləyiblər. Onun inaqurasiyası mərasimi martın 25-nə təyin edilib. Minnixanov Şaymiyevin kadrı hesab olunur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı