Modern.az

Xaricdəki jurnalistlər təmənnasız iş görməyə hazırdılar - Qulu Məhərrəmli

Xaricdəki jurnalistlər təmənnasız iş görməyə hazırdılar - Qulu Məhərrəmli

Media

20 Aprel 2021, 09:45

Apreli 17-də Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə xaricdəki azərbaycanlı jurnalistlərın onlayın konfransı keçirilib. Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində məhz Ermənistanın tərətdiyi vandalizm aktının dünyaya çatdırılması üçün bir araya gələn jurnalistlər belə görüşlərin mütəmadi olmasını qərarlaşdırıblar.

“Xocalın soqyırımının 30-cu ili ərəfəsində indidən bu qanlı aktın dünyaya tanıdılması istiqamətində işlərin aparılması aktualdır və müəyyən strateji məqsədlərə xidmət edir.

Bu çərçivədə aprelin 17-si Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı onlayn formatda tədbir keçirildi. Onlayn tədbirin əsas məqsədi 2022-ci il fevralın 26-dək xarici ölkələrin ictimaiyyətlərinə Xocalı soyqırımı haqqında həqiqətləri olduğu kimi çatdırmaq idi”.

Onlayn görüşə məruzəçi olaraq qatılan BDU-nun professoru, jurnalist Qulu Məhərrəmli belə deyib.

O, tədbirin mahiyyəti haqqında Modern.az-a danışarkən qeyd edib ki, Xocalı soyqırımının 30-cu ili yaxınlaşır və bu gündən onu gündəmdə saxlamaq, dünya ictimaiyyətinin diqqətini bu mövzuya cəlb etmək, xarici medianın əsas mövzularından birinə çevirmək üçün addımlar atılmalıdır.

“Bu baxımdan hesab edirəm ki, keçirilən tədbir çox aktualdır və müəyyən strateji məqsədlərə xidmət edir.

Tədbirdə xaricidəki azərbaycanlı jurnalistlərin iştirakı çox önəmli idi. Onların bir çoxunu qiyabi tanısam da tədbirdə gördüm və maraqlı fikirlərini eşitdik.

Bundan sonra keçiriləcək tədbirlər zamanı müəyyən təkliflər irəli sürüləcək. Təkliflər tədricən bəlli bir səviyyədə ümumiləşdirilib fəaliyyət üçün proqrama çevrilməlidir. Əsas təklif və özəllik ondan ibarətdir ki, Xocalıdan danışarkən və bunu xarici ölkə ictimaiyyətinə təqdim edərkən həmin ölkənin spesifik xüsusiyyətləri nəzərə alınmalı,  tarixi ilə müəyyən mənada əlaqələndirilməlidir. Onların demokratiyaya, siyasi proseslərə yanaşma tərzi və s. yəni müəyyən proseslər var ki, bunları unutmaq olmaz.

Əsas olan bu işə başlamaq idi. Yarıda qalmaması üçün işi ardıcıl və sistemli şəkildə davam etdirmək lazımdır.

Toplantıda iştirak edən jurnalistlər maraqlı təkliflər irəli sürdülər. Onlar təmənnasız olaraq xidmət göstərməyə hazırdırlar. Bu, çox sevindiricidir. Mən hər kəsi bu məsələdə aktiv olmağa, doğru istiqamətə hesablanmış iş görməyə çağırıram”.

 

Mehri QURBAN

 

Whatsapp
Bizə yazın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq