Modern.az

ABŞ Navalnının sağlığı ilə bağlı Rusiyaya xəbərdarlıq etdi

ABŞ Navalnının sağlığı ilə bağlı Rusiyaya xəbərdarlıq etdi

20 Aprel 2021, 11:17

Keçən il zəhərləndikdən sonra təcili olaraq xəstəxanaya yerləşdirilən, Almaniyada müalicə alındıqdan sonra ölkəsinə dönən və həbs olunan Rusiya müxalifətinin lideri Aleksey Navalnının səhhəti pisləşir. Aclıq aksiyası keçirməsinin üçüncü həftəsində vəziyyəti ağırlaşan rus müxalifətçi həbsxanaya köçürülüb.

Modern.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik müşaviri Jake Sullivan bildirib ki, Aleksey Navalnı həbsxanada olarkən ölsə, bunun Moskva üçün pis nəticələri olacaq.

Qeyd edək ki, ABŞ rəhbərliyi əvvəlki açıqlamalarında da  Navalnı ilə əlaqədar lazımi addımları atacağı mesajını vermişdi.


Aysel Məhərrəmova

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir