Modern.az

Birinci siniflərə qəbul BAŞLAYIR

Birinci siniflərə qəbul BAŞLAYIR

20 Aprel 2021, 11:12

Aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. 

 

Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.  

 

Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni  ümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.

 

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi