Modern.az

Xaricdəki azərbaycanlı jurnalistlərdən PJB-nin təşəbbüsünə DƏSTƏK

Xaricdəki azərbaycanlı jurnalistlərdən PJB-nin təşəbbüsünə DƏSTƏK

Diaspor

20 Aprel 2021, 16:19

Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə xaricdəki azərbaycanlı jurnalistlərin onlayn konfransı keçirilib. Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində məhz Ermənistanın tərətdiyi vandalizm aktının dünyaya çatdırılması üçün bir araya gələn jurnalistlər belə görüşlərin mütəmadi olmasını qərarlaşdırıblar.

Həmin konfransda çox səmərəli müzakirələr aparılıb. Üç saat yarım sürən görüşdə jurnalistlər fikir və təcrübələrini bölüşüblər. Xocalı soyqırmının 30-cu ildönümü ərəfəsində görüləcək  işləri müzakirə ediblər.


Modern.az
saytının əməkdaşı həmin konfransda iştirak edən jurnalistlərdən konfransın əhəmiyyətini soruşub və bundan sonrakı təkliflərilə maraqlanıb. 


İsveçdə məskunlaşan Vahid Qazi
xaricdə yaşayan jurnalistlərin, yazarların bu platformada birləşməsinin müsbət hal olduğunu söyləyib:


“Bizim Qarabağla bağlı dünya ictimaiyyətinə deyəcəyimiz çox sözümüz var. Güman edirəm ki, bu platformada müəyyən uğurlar əldə etmək olar. Bunun bir qədər fərqli olunmasını düşünürəm. Sözümü iclasada da deməyə çalışdım. Belə tədbirlər kampaniya xarakterli olmamalıdır. Bu cür işləri heç kim qəbul etmir. İnformasiyanı yedirtmək və xarici mətbuatda  dərc etdirmək olduqca çətindir. Bu məsələyə başqa cür yanaşmalıyıq.

Xocalıya ədalət kampaniyaları başladılmışdı. Bunlar hamısı səfirliklər, QHT-lər və diaspor təşkilatları tərəfindən “like” görə edilməməlidir.

Dövlət bu məsələyə görə nə qədər vəsait ayırır, onların hara xərcləndiyi açıq-aydın ortadadır.

Tədbirlərin effektli olması üçün nə etmək lazımdır?

Növbəti iclaslarda danışacağıq. Xocalıda baş verən hadisələri göstərməklə biz ədaləti tələb edə bilərik.

Faşizmə aid "Adi faşizm" filmində faşizmdən danışılmır. Həmin filmdə əsl mahiyyət dolayısı ilə faşizmin gerçək üzünü göstərmək olur. Biz burada “erməni vəhşilikləri” deməklə alınmır. Sadəcə,  onların etdiklərini göstərmək bəs edir. Ötən illərdə İsveç mətbuatında “mən şahidəm” adlı yazı ilə çıxış etdim..

Növbəti illərdə nələrə nail olacağımızı açıq şəkildə demək olmur. Bu yaxınlarda Qarabağ hadisələri ilə bağlı “Nəfəs” filmi çəkilib. Onun İsveçdə təqdimatının edilməsi təşəbbüsünü irəli sürdüm. Əgər biz onun İsveçdə nümayişinə nail ola bilsək, bu bizim ən böyük iş olacaq.


Gürcüstanda çalışan Xətai Əzizov
deyib ki, bu addım bir qədər gecikmiş olsa da, çox vacib əhəmiyyət daşıyır:


“Parlament Jurnalistləri Birliyinin rəhbəri Elşad Eyvazlının təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı dinləmələrdə mən və AZƏRTAC-ın bir neçə jurnalisti, eləcə də Yaponiya, Misir,Ukrayna, Almaniya, Amerika, Türkiyə, Qazaxıstan, Rusiya və başqa ölkələrdən olan müxbirlərimiz iştirak etdilər.

Təxminən 10 il öncə Türkiyədə Elşad Eyvzalı, mən, İmdad Əlizadə və Azər Qaraçənli  Qarabağda, Xocalıda qətlə yetirilən uşaqlarla bağlı bukletlər hazırlamaq qərarına gəldik və düşündük ki, həmin bukletləri bir neçıə dildə yayaq. Daha sonra Azər Qaraçənli həmin bukletlərin şablondan çıxmasını, başqa bir səpkidə hazırlanmasını təklif etdi. Biz həmin bukletləri Baltikyanı ölkələrdə çalışdığımız qədər yaydıq. O zaman az da olsa, irəliləyişə nail ola bildik. Lakin təəssüf edirəm ki, həmin iş unulub getdi, daha sonra biz onu davam etdirə bilmədik.

Elşad Eyvazlının əməyi ilə ərsəyə gələn “Böyüməyən uşaqlıq” kitabı çap olundu. Mən onun Gürcüstanda təqdimatını keçirdim. Lakin biz onu başqa dillərə tərcümə etdirə bilmədik. İndi tərcümə olunub, Almaniya və digər ölkələrə çatdırılıb. Lakin qonşu ölkə olan Gürcüstanda yaya bilmədik. Əslində isə Azərbaycanın problemlərini bu ölkədə işıqlandırmaq çox vacibdir. Çünki Gürcüstanın bir hissəsində azərbaycanlılar, digər bir hissəsində isə ermənilər məskunlaşıblar...”.


X.Əzizov deyib ki, konfransda ermənilərin bu vaxta qədər “erməni soyqırımı”nı tanıtmaq istiqamətində gördükləri işlərdən də danışılıb:

“Onlar çox şeyə nail ola bilmədilər. Azərbaycan isə 29 il ərzində Xocalı soyqırımını müxtəlif ölkələrdə tanıtdı. Biz bu işləri dövlətdən, ölkə başçımızdan gözləməməliyik. Hər bir şəxs kimliyindən aslı olmadan vətənpərvərlik nümayiş etdirməlidir.

Tədbirdə Elşad Eyvazlının kitabını gürcü dilinə tərcümə etdirib, yaymaq təklifini irəli sürdüm. Kitabın gürcü dilində tərcümə olunması mənə elə gəlir ki, gürcülər və Gürcüstan ictimaiyyəti üçün çox vacib olar.

Fikrimcə, xəbərlər, videoroliklər, videoçarxlar, broşürlər, bunlar hamısı yerli mentalitetə, həmin ölkənin psixologiyasına uyğun hazırlanmalıdır:

10 il əvvəlki broşürlərimizdə “qan tökülməsini istəmirik”, “çocuqlar ölməsin” şüarları var idi. İndi həmin şüarların altında Azərbaycanın işğal olunmuş ərazilərində itirdiyimiz insanların sayı, yaşı, cinsi, kimliyini göstərməklə daha çox nailiyyət qazanmış olarıq. Hesab edirəm ki, bu cür tədbirlər çox dəqiq məqsədlərə çatmaq üçün hesablanıb. Erməni vəhşiliyini, vandalizmini dünya ictimaiyyətinə çatdırmaqla, Xocalı soyqırımı barədə informasiyanı daha da genişləndirə bilərik.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin rəhbəri Aslan Aslanov bizim hər birimizə tapşırıq verib ki, Xocalı soyqırımı, 20 yanvar, 31 mart və digər hadisələrlə, 44 günlük müharibə ilə bağlı çıxışlar edək..

Gürcüstandan qoşulan həmkarlarımız da bu tədbiri yüksək qiymətləndirdilər və bizimlə həmrəy olaraq, fəaliyyət göstərəcəylərini bildirdilər”.



Nəzrin Vahid

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir