Modern.az

Hərbi Prokurorluq: 2889 şəhidin şəxsiyyəti müəyyənləşdirilib 

Hərbi Prokurorluq: 2889 şəhidin şəxsiyyəti müəyyənləşdirilib 

Hadisə

20 Aprel 2021, 17:36

Vətən müharibəsinin başladığı gündən hərbi prokurorluq orqanları tərəfindən Füzuli rayonunda, Beyləqan, Bərdə, Yevlax və Gəncə şəhərlərində döyüşlərdə şəhid olan hərbi qulluqçularımızın meyitlərinin müayinəsi, dini adət-ənənələrə uyğun dəfn olunması üçün yaşadıqları ünvanlara göndərilməsi məqsədilə mərkəzlər yaradılıb.

 

Bu barədə Modern.az-a Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, indiyədək ümumilikdə 2889 şəhidin meyiti müayinə olunaraq şəxsiyyəti müəyyənləşdirilib.

 

Onlardan 1481 meyitin şəxsiyyəti sırf istintaq yolu ilə (379-u DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi, 1022-si isə əl-barmaq izlərinin götürülərək eyniləşdirmə aparılması yolu ilə) müəyyən olunaraq yaxınlarına təhvil verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?