Modern.az

“Ermənilərə görə AŞPA-nı tərk edəsi deyilik!” - Deputatlar diversantlar məsələsindən DANIŞDILAR

“Ermənilərə görə AŞPA-nı tərk edəsi deyilik!” - Deputatlar diversantlar məsələsindən DANIŞDILAR

21 Aprel 2021, 09:48

Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda həbsdə olan erməni diversantlarla bağlı məsələ gündəliyə daxil edilib.

Məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov  Modern.az-a bildirib ki, təkcə erməni diversantlarla bağlı məsələni gündəliyə salıblar:


“Orada hansısa qətnamə qəbul olunması sual altındadır. Amma tutaq ki, qətnamə qəbul edildi. Sonra nə olacaq? AŞPA bundan o tərəfə hansısa addım ata bilməz. Ermənilər isə bilirlər ki, məsələnin həlli hara müraciətdən və nədən asılıdır. Bilirlər ki, Ermənistan Azərbaycan ərazisində qalan bütün hərbçiləri çıxarmadığı müddətcə onlar üçün heç bir irəliləyiş olmayacaq. Müharibədən sonra tutulan ermənilər diversantdırlar. Ermənistan müharibədən sonra Azərbaycan ərazilərinə diversant göndəribsə, zəhmət çəksin, əziyyətini çəksin.

AŞPA-da Azərbaycan əleyhinə fikir səsləndirilsə, qətnamə qəbul olunsa, cavabını nümayəndələrimiz verəcəklər. Lazım gələrsə, Milli Məclisdə də məsələni müzakirə edib, cavab göndərilə bilər. Dəfələrlə bizim haqqımızda müzakirələr olub, qətnamələr qəbul edilib. Ermənilərə görə AŞPA-nı tərk edəsi deyilik ki?!”


Komitənin digər üzvü Asim Mollazadə deyib ki, Ermənistanı dəstəkləyən lobbi qruplar bu istiqamətdə böyük işlər aparır, müvafiq sənədlər hazır edirlər:


“Ermənistanda seçki kampaniyası keçirilmir, seçki kampaniyası Avropa Şurasında keçirilir.  Üstəlik, çox çirkin və alçaq formada təbliğat aparırlar.  Bununla bərabər, onları  hər zaman dəstəkləyən lobbiçilər fəaliyyətə qoşulurlar.

Azərbaycan nümayəndə heyəti mütəmadi olaraq həqiqətləri çatdıran çıxışlar edir. Bununla yanaşı,  Ermənistanın minaların xəritəsini verməməsi, müharibəni davam etdirməsi barəsində çıxışlar edərək mövqeyimizi ifadə etdik. Müzakirələr hələ də davam edir, bir neçə komitə iclasları olacaq. Bu iclaslar zamanı mən də ermənilərin ənənəvi ideologiyası barədə danışdım. Öz mövqeyimizi tam aşkar şəkildə ifadə etməklə ermənilərin fitnələrinin qarşısını almağa çalışdıq”. 



Aysel Məhərrəmova

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi