Arxiv
21 Aprel 2021, 10:40 | ALLAH RƏHMƏT ELƏSİN
Jurnalistika fakültəsinin keçmiş müəllimi vəfat edib

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin keçmiş müəllimi Ağamusa Zeynalov uzun sürən xəstəlikdən sonra vəfat edib.

Modern.az-ın məlumatına görə, Ağamusa Zeynalov 1940-cı ildə anadan olub. 1958-1963-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil alıb. 1963-1965-ci illərdə "Gənc müəllim" qəzetində çalışıb. 1973-1977-ci illərdə BDU-nun "Bakı Universiteti" qəzetinin redaktoru olub. 1965-1994-cü illərdə BDU nəşriyyatının direktoru vəzifəsində çalışıb. 1994-cü ildən 2015-ci ilədək BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi (indiki Yeni media və kommunikasiya nəzəriyyəsi) kafedrasında baş müəllim kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin…

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?