Modern.az

Bitərəf deputatlar MSK-ya namizədlərini seçdilər - SİYAHI

Bitərəf deputatlar MSK-ya namizədlərini seçdilər - SİYAHI

22 Aprel 2021, 11:06

Milli Məclisin bitərəf deputatlarının iclası keçirilib.

Modern.az saytı xəbər verir ki, iclasda Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil olunacaq 6 namizədini müəyyənləşdirilib.

Bitərəf deputatlar aşağıdakı şəxsləri MSK-ya namizəd kimi təqdim ediblər. Onların namizədliyi təsdiqlənmək üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

  1. Arifə Muxtarova
  2. Qabil Orucov
  3. Fuad Cavadov
  4. Nizami Nadirxanlı
  5. İlham Məmmədov
  6. Nailə Əsgərova

 
VI çağırış Milli Məclisdə 45 bitərəf deputat təmsil olunur.


Qeyd edək ki, MSK 18 üzvdən ibarətdir və Milli Məclis tərəfindən seçilir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını (bitərəfləri), 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.


2020-ci ilin fevralında ölkə parlamentinə növbədənkənar seçkilər keçirilib. MSK üzvlərinin səlahiyyət müddəti bu il aprelin 15-də bitdiyindən, Komissiya yenidən formalaşdırılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?