Modern.az

İcra başçısı Şəhid ailələrilə görüşüb

İcra başçısı Şəhid ailələrilə görüşüb

Aktual

22 Aprel 2021, 13:20

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun bir sıra məsul rəhbər şəxsləri ilə birgə, Tap Qaraqoyunlu kəndində Şəhid ailələri və ağsaqqallarla görüşüb.

 

İcra hakimiyyətindən Modern.az-a bildirilib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin komandanlığı altında, Müzəffər Azərbaycan Ordusunun  44 günlük Şanlı Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma işlərinə başlanıldığını, o cümlədən yeni yol infrastrukturunun qurulduğunu vurğulayan İcra Başçısı  bu çərçivədə Tap Qaqaqoyunlu-Barambat  yolunun da tikinti işlərinin  aparıldığını bildirib.

 

İcra Başçısı Məhərrəm Quliyev aparılan yol çəkilişi işləri ilə yerində tanış olub, işləri icra edən podratçı təşkilatın nümayəndələri ilə görüşüb, müzakirələr aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü