Modern.az

VHP-nin MSK-ya namizədi müəyyənləşdi, ReAl və VBP isə gözləyir

VHP-nin MSK-ya namizədi müəyyənləşdi, ReAl və VBP isə gözləyir

Aktual

22 Aprel 2021, 13:54

Milli Məclisdə say çoxluğuna görə üstünlüyə malik olan müxalif Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə namizədi müəyyənləşib.

Bu barədə Modern.az-a partiya sədri, deputat Sabir Rüstəmxanlı məlumat verib. Sədr qeyd edib ki, VHP-nin namizədi parlamentdə sabah təqdim olunacaq:

“Mərkəzi Seçki Komissiyasının bu dönəm fəaliyyətində də namizədimiz dəyişməz qalır. Almas Əlisultan qızı Qəhrəmanlı partiyamizin MSK üzvlüyünə vahid namizədidir.

Milli Məclisdə azlıq təşkil edən digər partiyalar qərarımızla razılaşalar, onların adından vahid namizəd irəli sürülə bilər”.


Parlamentdəki digər müxalifət partiyası ReAl-ın namizədi isə yaxın günlərdə müəyyənləşəcək. Partiyadan Modern.az-a bildirilib ki, sədr İlqar Məmmədov və deputat Erkin Qədirli səfərdə olduğuna görə, hələlik qurumun iclası keçirilməyib. 
 

Milli Məclisdə 1 deputatla təmsil olunan Vətəndaş Birliyi Partiyasının sədri, deputat Sabir Hacıyev isə bununla bağlı müzakirə aparılacağını deyib:

“Partiyanın MSK üzvlüyünə namizədi hələlik müəyyənləşməyib. Digər partiyalar da birlikdə vahid namizəd təqdim etmək üçün razılaşarsa, yaxın günlərdə bir neçə partiya ilə birlikdə namizədimizi təqdim edəcəyik”.

Xatırladaq ki, MSK 18 üzvdən ibarətdir və Milli Məclis tərəfindən seçilir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını (bitərəfləri), 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır