Modern.az

Milli maraqların təmin olunması bütün məsələlərdə mütləq prioritetdir

Milli maraqların təmin olunması bütün məsələlərdə mütləq prioritetdir

22 Aprel 2021, 14:22

Dövlətimizin iqtisadi uğurları ilk növbədə erməni faşizmi üzərində qələbəmizi reallaşdırdı. Əgər Azərbaycan iqtisadi cəhətdən güclü, beynəlxalq aləmdə sözü keçən bir dövlət olmasaydı 44 günlük müharibəni belə unudulmaz qələbə ilə başa vura bilməzdi. Bu dünya hərb tarixinə qızıl hərflərlə yazılan qələbə olmaqla bərabər, həm də iqtisadiyyatımızın dayanıqlı, xalqın yekdil, ordumuzun güclü olduğunu göstərdi. Məhz Milli Prioritetlərdə əksini tapan əsas vəzifə qüdrətli dövlətin və yüksək rifah cəmiyyətinin yaradılmasıdır ki, bu da ilk növbədə iqtisadi inkişafın təmin edilməsinə, insanların sosial - rifah halının yaxşılaşdırılmasına xidmət edir. Sözsüz ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

 

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin son 17 illlik prezidentlik fəaliyyəti müdddətində güclü, davamlı və dayanaqlı iqtisadiyyata, güclü orduya, xalqı öz ətrafında birləşdirməyə, dünyada beynəlxalq tərəfdaşlığa nail olunub. Bu İkinci Vətən Müharibəsində bir daha sübut olundu və Azərbaycan bütün sahələrdjə bundan sonra da lider dövlət olaraq uğurlara nail olacaq.

 

Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Bu proqram çərçivəsində, o cümlədən Hacıqabul rayonunda böyük işlər görülmüşdür. Hacıqabulda qazlaşdırmanın səviyyəsi yüz faizə çatıbdır. Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıb və yeni yarımstansiyanın açılışı da bunu göstərir. Kənd yollarının 75 faizi yenidən çəkilib. Xəstəxana, mədəniyyət obyektləri, 22 məktəb tikilib və əsaslı şəkildə təmir edilib.

 

Möhərəm Prezident cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan dövləti sosialyönümlü bazar iqtisadiyyatının qurulmasında məqsəd və vəzifələri, hədəfləri dəqiq əsaslandırılmış strateji proqramlardan istifadə etməli, sosial tərəqqini, keyfiyyətli inkişafı xarakterizə edən göstəricilərin daim yaxşılaşmasını özünün vacib vəzifələrindən saymalıdır. Əhalinin taleyüklü sosial problemlərin həllini təmin etmək üçün güclü dövlət, güclü iqtisadiyyat, səmərəli dövlət tənzimlənməsi, inkişafın sosialyönümlülüyünün diqqət mərkəzində saxlanılması zəruridir. Qlobal maliyyə böhranı, neftin qiymətinin aşağı düşdüyü dövrdə Azərbaycan dövləti strateji proqramların, layihələrin heç birini dayandırmadı. Büdcə-maliyyə resurslarının bölüşdürülməsində müəyyən dəyişikliklər etdi, inflyasiya risklərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər gördü.

 

Bu gün Azərbaycan Respublikası böyük iqtisadi, siyasi və mədəni potensiala malikdir. Bu potensial dövrün mürəkkəb çağırışlarına adekvat cavab vermək üçün bizə geniş imkanlar açır. Müstəqil dövlət kimi öz yolunu inamla davam etdirən ölkəmizdə qlobal maliyyə-iqtisadi böhranın təsirləri aradan qaldırılmış, sosial-iqtisadi inkişafın dayanıqlığı və davamlı ictimai-siyasi sabitlik təmin olunmuşdur. Təşəbbüskarı olduğumuz transmilli layihələrin həyata keçirilməsində yüksək nailiyyətlər qazanmışıq.

 

Böyük maliyyə tutumlu avtomobil sənayesinin inkişafı üçün dövlət tərəfindən stimullaşdırıcı tədbirlər görülür. Artıq avtomobil sənayesi Azərbaycanda inkişaf edir və biz bu sahədə bir neçə ölkə ilə bərabər çalışırıq. Növbəti mərhələdə lokallaşmanı daha da artırmaq gündəlikdə duran məsələlərdən biridir.

 

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün bütün potensiallar səfərbər olunub. Minalardan təmizləmə prosesi dayanmadan davam edir. Müvafiq strukturlar tərəfindən Qarabağ bölgəsi üzrə müharibədən əvvəlki dövrlərdə işlənmiş zəruri sənədlər də mütəxəssislər tərəfindən araşdırılır, təhlil olunur. Hazırda statistik məlumatlar toplanır və bütün işğaldan azad olunmuş ərazilər üzrə fəaliyyət planı müyyənləşdirilir. Bu sənədlərin, proqramların hazırlanması bir neçə mərhələli kompleks yanaşma tələb etsə də, bu prosesin qısa zamanda və yüksək səviyyədə başa çatdırılması üçün bütün resurslar səfərbər olub. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir. Bu taleyüklü vəzifənin yerinə yetirilməsi üçün kifayət qədər imkanlarımız, bu imkanların reallaşması üçün də güclü iqtisadiyatımız, xalqımızın mətin iradəsi, bir yumruq kimi Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi var.

 

İşğaldan tam azad olunan ərazilərdə sosial-iqtisadi inkişaf üçün bir neçə dövlət proqramları işlənəcək və bərpa işlərinin sürətli aparılması üçün sistem xarakterli işlər görüləcəkdir. Qarabağda əhalinin məskunlaşdırılması məsələsinin kompleks şəkildə həll edilməsi üçün konkret tədbirlər görüləcəkdir. Qarabağda, ümumiyyətlə, əhalinin məskunlaşması dedikdə, onun yaşaması üçün lazımı şəraitin məcmusu başa düşülür. Bu prosesin, yəni məskunlaşmanın ilkin bazası, əsası evdir. Kəndlərdə, qəsəbələrdə, şəhər və rayonlarda yeni yaşayış evlərinin yaradılmasıdır. Bərpa işləri mərhələli və planlı şəkildə icra olunacaqdır.

 

Dövlət başçısı cənab İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində bildirib. “Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir".

 

Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır.

 

Erməni vandallarının xarabazara çevirdikləri əzəli-əbədi yurdlarımızın bərpası, inkişaf axarına qovuşması, sosial-iqtisadi dirçəlişi indi dövlətimizin qarşısında duran mühüm problemlərdəndir.

 

Möhübbət Bədəlov

Naftalan ziyalısı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı