Modern.az

Sual kitabçasının şəklini sosial şəbəkələrdə yayan 4 nəfər AXTARILIR

Sual kitabçasının şəklini sosial şəbəkələrdə yayan 4 nəfər AXTARILIR

Aktual

22 Aprel 2021, 14:52

"Təəssüf ki, ötən buraxılış imtahanlarında abituriyentlər (4 nəfər) tərəfindən sual kitabçasının şəklini çəkərək sosial şəbəkələrdə yayması hallarına rast gəlinib".

 

Modern.az-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin bugünkü buraxılış imtahanı ilə bağlı məlumatında bildirilib.

 

Qeyd edilib ki, həmin qayda pozuntularına yol vermiş imtahan iştirakçılarının kimliyi müəyyən olunub və onlar haqqında araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü