Arxiv
22 Aprel 2021, 15:22 | ALLAH RƏHMƏT ELƏSİN
YAP-ın “91-lər”indən olan Maqsud Nəcəfov vəfat edib

Əməkdar müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Maqsud Nəcəfov vəfat edib.

Modern.az-ın məlumatına görə, bu barədə mərhumun yaxınları bildiriblər.

Qeyd edək ki, Maqsud Nəcəfov bir müddət öncə insult keçirmişdi.

Maqsud Nəcəfov Yeni Azərbaycan Partiyasının yaradılmasında iştirak edən “91-lər”dəndir. O, tanınmış QHT təlimçisi və jurnalist Sənan Nəcəfovun atasıdır.

Allah rəhmət eləsin.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?