Modern.az

Hüseyn Abdullayevin təcili xəstəxanaya yerləşdirilməsi xahiş edildi

Hüseyn Abdullayevin təcili xəstəxanaya yerləşdirilməsi xahiş edildi

Aktual

22 Aprel 2021, 15:28

Vəkili həbsdə olan sabiq deputat Hüseyn Abdullayevlə görüşüb. Modern.az xəbər verir ki, bunu H.Abdullayevin hüquqlarını müdafiə edən Cavad Cavadov bildirib.

C.Cavadov qeyd edib ki, keçirdiyi quru aclıq dövründə müvəkkilinin həkim nəzarətinə götürülməməsi səhhətində ağır fəsadlar verib:


“Hazırda da qanaxmalar baş verir. Həyat və sağlamlığına ciddi təhdid olduğu halda hələ də xəstəxanaya köçürülməyib, zəruri müayinə (tibb müəsisəsində) aparılmayıb”.


Vəkili Penitensiar Xidmətdən Hüseyn Abdullayevin təcili şəkildə xəstəxanaya yerləşdirilməsinin təmin olunmasını xahiş edib.

Hüseyn Abdullayevə hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə Hüseyn Abdullayev 6 il mddətinə azadlıqdan məhrum olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür