“Qeyri-neft sektorundan daxilolmaların artması iqtisadi fəallığın bərpasının başladığını göstərir”.
Modern.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl bildirib.
Nazirin sözlərinə görə, bu ilin I rübündə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 72,4% olub.
“Bu göstərici ötən ilin müvafiq dövründən 3,7% çoxdur. Qeyri-neft-qaz sektorunda müsbət dinamika davam edir və aprel ayında da ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım gözləyirik”,- deyə nazir bildirib.