Modern.az

Co Bayden “erməni soyqrımı”nı tanıya bilər - Azərbaycanlı politoloqdan REAKSİYA

Co Bayden “erməni soyqrımı”nı tanıya bilər - Azərbaycanlı politoloqdan REAKSİYA

22 Aprel 2021, 16:26

Erməni saytları Amerikanın nüfuzlu “The New York Times” qəzetinə və “CNN” televiziya kanalına istinadən yazırlar ki, ABŞ prezidenti Co Bayden aprelin 24-də “erməni soyqrımını” tanıyan açıqlama yayacaq. iddia olunur ki, ABŞ prezidenti ermənilərin 1-ci Dünya müharibəsi zamanı Osmanlı imperiyasında "kütləvi öldürülməsini" genosid aktı kimi tanıya bilər.

Bu addımın Türkiyəni qəzəbləndirəcəyi, NATO-nun iki üzvünün onsuz da gərgin münasibətlərini daha da pisləşdirəcəyi gözlənilir.

Bir il öncə Co Bayden hələ namizəd olanda Osmanlı hakimiyyətinin son illərində öldürüldüyü iddia olunan ermələri yad edib, bu "qırğını" genosid kimi tanıma cəhdlərini dəstəkləyəcəyini söyləyib.

Türkiyə həmin dönəmdə bir çox erməninin Osmanlı qüvvələri ilə toqquşmalarda öldürüldüyünü qəbul etsə də, rəqəmin az olduğunu, həmin hadisənin soyqırımı olmadığını bəyan edib.

2019-cu ildə ABŞ Senatı söügedən hadisəni genosid kimi tanıyan, amma hüquqi qüvvəsi olmayan qətnamə qəbul edib. O zaman bu addım Türkiyəni dərindən qəzəbləndirmişdi.

ABŞ prezidentləri onillər boyunca “genosid” sözünü işlətməyiblər. Türkiyə ilə münasibətlərin korlanacağı səbəbi burada rol oynayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın ABŞ-ın keçmiş prezidenti Donald Tramp ilə münasibətləri yaxşı idi. Amma Bayden yanvarın 20-dən prezident kürsüsünə keçəndən Ərdoğanla danışmayıb.

Bu arada Bayden administrasiyası Türkiyəyə təzyiqi artırıb, insan haqlarının vəziyyətinə görə Ankaradan narazılıq bildirib. Türkiyənin Rusiyadan silah sistemi alması, Suriyadakı siyasətdə fərqliliklər də ziddiyyətləri gücləndirib.

Bayden qondarma erməni soyqırımını tanıyarsa, NATO müttəfiqlərinin əlaqələrinə daha da ziyan vurar, Türkiyənin Xarici işlər naziri Mövlut Çavuşoğlu aprelin 21-də deyib: “Birləşmiş Ştatlar münasibətlərimizi pisləşdirmək istəyirsə, özləri bilərlər”.


Türkiyə və Azərbaycan ekspertləri hər il “görəsən ABŞ prezidenti “erməni soyqırımını” tanıyacaqmı” sualıyla üzləşirlər.


Modern.az-ın məlumatına görə, məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib ki, bu sualın hər il səslənməsinin özü belə erməni lobbisinin maraqlarına cavab verir.

“Əlbəttə, Türkiyə dəyişən Amerika prezidentlərinin yanlış addım atmamasını istəyir. Ancaq tanısa nə olacaq ki? Bir sıra ölkələrin parlamentləri “erməni soyqırımını” tanıyıb. Bu nəyisə dəyişibmi? Həmin ölkələrin Türkiyə ilə münasibətlərinə parlamentlərinin “soyqırımı” qərarı təsir etməyib, unudulub gedib. Ona görə hər il beynimizi “görəsən bu dəfə tanıyacaqmı” sualı ilə yormaqdansa,  insan “cəhənnəmə tanısın” deyib keçmək istəyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı