Modern.az

Azərbaycanda 200-dək jurnalist peyvənd olunub

Azərbaycanda 200-dək jurnalist peyvənd olunub

23 Aprel 2021, 17:20

Aprelin 26-da Azərbaycan Mətbuat Şurasında jurnalistlərin “COVID-19” infeksiyasına qarşı vaksinasiyası davam etdiriləcək.


Şuradan Modern.az-a bildirilib ki, indiyədək MŞ-də 200-dək jurnalist peyvənd olunub. Şuraya bununla əlaqədar əlavə 150-dən artıq yeni müraciət daxil olub. Müraciət edənlər vaksinasiyanın aparılacağı barədə məlumatlandırılıblar. Onlar növbəlilik əsasında peyvənd oluna biləcəklər.

Mətbuat Şurası KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan keçməyən əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir