Modern.az

Niderlandda “Sahibsiz ağ ayaqqabılar” aksiyası keçirilib

Niderlandda “Sahibsiz ağ ayaqqabılar” aksiyası keçirilib

24 Aprel 2021, 17:42

 

“Sahibsiz ağ ayaqqabılar” aksiyası haqqında Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva bildirib ki, səssiz aksiya Ermənistanın bütün hüquqi normaları pozaraq minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməməsini ictimaiyyətin diqqətinə çatdırmaq üçün təşkil edilib.

 

Modern.az xəbər verir ki, aksiya Niderlandda yaşayan bütün azərbaycanlı icmanın iştirakı ilə keçirilib. Aksiyada ərazilərimizin minalanmasına qarşı plakatlar və müxtəlif hastaglar diqqətə çatdırılıb, Ermənistan səfirliyinin poçt qutusuna petisiya atılıb.

 

Aksiya zamanı “Azərbaycanı minalardan azad et!” şüarı yazılmış plakat Amsterdam səmasında təyyarə ilə 1 saat dövrə vurub. Hava reklamı aksiyası “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə həyata keçirilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir