Arxiv
24 Aprel 2021, 18:32 | DİASPOR
Fransada Ermənistanın mina xəritələrini verməməsi etirazla qarşılanıb

 

Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) təşəbbüsü ilə Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməməsinə etiraz əlaməti olaraq aksiya təşkil edilib.

 

Modern.az xəbər verir ki, aksiyada Nant şəhərində fəaliyyət göstərən "Qarabağ" Azərbaycan məktəbinin şagirdləri fəal iştirak ediblər. "Minalanmış ərazilərimizin xəritəsini istəyirik!" tələbinin nümayiş etdirildiyi aksiya şəhər meriyası və Nantın digər müxtəlif yerlərində baş tutub. Bununla azərbaycanlı məktəblilər Ermənistanın beynəlxalq humanitar hüququ və etnik azərbaycanlıların doğma torpaqlarına qayıtmaq, öz evlərində yaşamaq hüququnu kobudcasına tapdaladığına diqqəti cəlb ediblər. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?