Arxiv
25 Aprel 2021, 09:30 | DİASPOR
İsveçdə Ermənistanın mina xəritəsini verməməsinə etiraz

Stokholmda Ermənistanın mina xəritəsini verməməsinə etiraz edilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verdilən məlumata görə, İsveç Krallığının paytaxtı Stokholm şəhərində “SAF”, “Azərbaycan naminə”, “Qarabağ kultur cəmiyyəti” Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında Ermənistanın basdırdığı minaların xəritəsini vermədiyinə etiraz əlaməti olaraq aksiya keçirib. Aksiya üçün materialları təmənnasız olaraq Rza Qaracay adlı həmvətənimiz hazırlayıb.

 

Sergels torg qarşısında gerçəkləşdirilən aksiyada "Ermənistan minalanmış ərazilərin xəritəsini vermir" şüarı qaldırılıb. Pandemiya ilə bağlı məhdudiyyətlər səbəbindən aksiyalar fərdi şəkildə keçirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?