Modern.az

Türkiyə və Azərbaycanın diaspor qurumları işlərini daha da gücləndirməlidir

Türkiyə və Azərbaycanın diaspor qurumları işlərini daha da gücləndirməlidir

Diaspor

26 Aprel 2021, 14:28

“Türklərlə təşkilatlanmanı yüksək səviyyəyə qaldırmaq lazımdır ki, xarici  ölkələrdə siyasi qurumlara və mediaya təsir çox olsun”.

Bunu Modern.az-a Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə xaricdə yaşayan azərbaycanlılarla türklərin birgə fəaliyyətləri barədə danışarkən deyib.

O, daha güclü diaspor təşkilatları formalaşdırmağın zəruriliyini qeyd edib:


“Bu çox böyük işdir. Bu istiqamətdə zəruri addımlar atılmalıdır. Eyni zamanda, Türkiyə və Azərbaycanın diasporla məşğul olan qurumları öz fəaliyyətlərini gücləndirməlidir.

Ümidvaram ki, Avropa Birliyi ölkələrində, Amerika Birləşmiş Ştatları və dünyanın digər ölkələrində güclü diaspor var. Lakin daha ciddi addımlar atılmalıdır ki, təşkilatlanma güclənsin, ictimai fikir formalaşsın. Böyük işlər hələ qabaqdadır”.

Fidan İlqarqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir