Modern.az

Dövlət Yanğın Nəzarəti Xidmətində müşavirə keçirilib

Dövlət Yanğın Nəzarəti Xidmətində müşavirə keçirilib

Təhsil

5 Fevral 2010, 13:24

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətində 2009-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Modern.az xəbər verir ki, FHN-nin məlumatına görə, müşavirədə fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev iştirak edib. 2009-cu ildə respublika ərazisində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə Xidmətin rəisi daxili xidmət general-mayoru Elmar Hüseynov məruzə edib. Məruzədə ötən il respublika ərazisində layihələndirmə, tikinti və quraşdırma işlərinin aparılması zamanı yanğın təhlükəsizliyi norma və qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi, mövcud obyektlərin yanğına qarşı vəziyyəti haqqında məlumatların əldə edilməsi, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin olunması, nasaz yanğın su hovuzlarının yararlı vəziyyətə gətirilməsi, neft və qaz kəmərlərinin, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolaqlarında inşa edilmiş yaşayış evlərinin və obyektlərin, küçə və keçidlərin yanğın təhlükəsizliyi qaydalarına uyğunluğunun müəyyənləşdirilməsi və həyata keçirilmiş digər tədbirlər barədə geniş məlumat verilib.

Dövlət Yanğın Nəzarəti Xidmətinin ərazi və regional Dövlət Yanğın Nəzarəti idarələrinin rəislərinin 2009-cu ildə müvafiq olaraq görülmüş işlər haqqında hesabatları dinlənilib.

Müşavirədə fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev çıxış edərək yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədilə fiziki və hüquqi şəxslərə məxsus ərazilərdə, binalarda, qurğularda və digər obyektlərdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılan müayinələrin keyfiyyətini artırmağın zəruriliyini vurğulayıb, qarşıda duran vəzifələrin daha çox səmərə verməsi üçün Nazirliyin rəhbərliyinin tələb və tapşırıqlarını müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü