Modern.az

Rəqəmsal transformasiya sahəsində idarəetmə təkmilləşdirilir - FƏRMAN

Rəqəmsal transformasiya sahəsində idarəetmə təkmilləşdirilir - FƏRMAN

27 Aprel 2021, 11:58

Prezident İlham Əliyev “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb.

Modern.az xəbər verir ki, Fərmana əsasən, rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilib.

Nazirlər Kabineti Azərbaycan Respublikasında rəqəmsal transformasiya konsepsiyasının layihəsini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə tabeliyindəki “Aztelekom” MMC-nin, “Bakı Telefon Rabitəsi” MMC-nin, “Azerbaijan International Telecom” (“AzInTelecom”) MMC-nin və “Azərpoçt” MMC-nin fəaliyyətinin ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq təşkilinə, informasiya-telekommunikasiya şəbəkəsindən dayanıqlı və təhlükəsiz istifadənin təmin edilməsinə, habelə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqinə və dövlət-özəl sektor tərəfdaşlığının inkişafına dair təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir