Modern.az

Deputat “Zəngəzur dəhlizi”nin əhəmiyyətindən DANIŞDI

Deputat “Zəngəzur dəhlizi”nin əhəmiyyətindən DANIŞDI

27 Aprel 2021, 13:15

Son günlər “Zəngəzur dəhlizi”nin açılması günümüzün ən aktual mövzusuna çevrilib. Prezident İlham Əliyev də çıxışlarında “Zəngəzura qayıdacağıq”  mesajını vermişdi.

Zəngəzura qayıtmaq necə reallaşa bilər? Bunun üçün hansı işləri görülməlidir?

Zəngəzurluları deportasiya etməklə ermənilər hansı cinayətləri törədiblər?

Əslən Qərbi Azərbaycandan olan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli bəyanatda “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı xüsusi bir bənd olduğunu söyləyib:

“O bəndin icrasında Azərbaycan israrlıdır. Birmənalı olaraq bu iş icra olunacaq və “Zəngəzur dəhlizi” açılacaq. “Zəngəzur dəhlizi”nin qurulması təkcə Azərbaycanın deyil, bütövlükdə bölgə ölkələrinin həm iqtisadi, həm siyasi, həm də mədəni birgəyaşayış münasibətlərinin formalaşmasında çox mühim rol oynayacaq. Burada Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü 5 və ya 5+1 formulu ilə region dövlətlərinin əməkdaşlıq çərçivəsi də müəyyənləşəcək. Bu da öz yerində müsbət rolu oynayacaq”.

M.Quliyev Azərbaycan prezidentinin son vaxtlar bütün çıxışlarında bu məsələni vurğuladığını qeyd edib:

“Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean ölkələri üçün sosial-iqtisadi inkişafına dair xüsusi sessiyasında cənab prezident çıxışı zamanı “Zəngəzur dəhlizi”nin “Şərqi və Qərbi Azərbaycan dəhlizi”nin xüsusi bir mərhələsi olduğunu vurğuladı. Azərbycan xalqı da birmənalı olaraq bunu dəstəkləyir. Çünki “Zəngəzur dəhlizi”nin bölgədə sülh və əmin-amanlığın uzunmüddətli təmin olunmasına zəmanət verən çox ciddi faktorladan biri olduğunu bilirlər.

Prezident çıxışlarının birində artıq Azərbaycan tərəfindən dəmiryolunun və quru yolunun çəkilməsi ilə bağlı işlərin başladığını bildirib.Bu çox vacib məsələdir. Təkcə Azərbaycanın, Türkiyənin həyatı üçün deyil, eyni zamanda İranın, Rusiyanın da burada maraqları var.

1905-1906 və 1918-20-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində ermənilər tərəfindən böyük qətliamlar törədilib. 1918-20-ci illərdə indiki Qərbi Azərbaycanda yaşayan 600 mindən çox azərbaycanlı deportasiya olunub. Onlardan 50 min nəfəri öldürülüb və yaxud da deportasiya nəticəsində xətəlikdən dünyasını dəyişib. O cümlədən Zəngəzurda yaşayan 50 mindən çox insan deportasiya olunub. 10 min nəfər isə ermənilər tərəfindən qətlə yetirilib və vəhşicəsinə işgəncələrə məruz qalıb. 1926-cı ildə 50 min insandan yalnız 5 mini  geri qayıtmışdı. Qayıdandan sonra əhalinin sayında yenidən artım müşahidə olundu. Soydaşlarımız 1988-ci ildə ikinci dəfə deportasiyaya məruz qaldılar”.


Nəzrin Vahid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər