Arxiv
27 Aprel 2021, 20:51 | QARABAĞ
Azərbaycanda saxlanılan erməni diversantlar video müraciət etdi

Azərbaycanda saxlanılan erməni diversantlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) xətti ilə ailələrinə video müraciət çatdırıblar.

 

Modern.az xəbər verir ki, bunu BQXK-nin Ermənistandakı nümayəndəliyinin nümayəndəsi Zara Amatuni “news.am” saytına verdiyi müsahibəsində söyləyib.

 

Onun sözlərinə görə, belə bir əlaqə vasitəsi ilk dəfə istifadə olunur. "Azərbaycanda saxlanılan erməni məhbuslara qohumları ilə telefonla əlaqə qurma imkanı verildi və videolar son görüşlər zamanı lentə alınaraq ailələrinə təhvil verildi", - Zara Amatuni əlavə edib.

 

Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq, ötən ilin dekabrında Azərbaycanın işğaldan azad olunmuş Xocavənd rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin diversiya-təxribat fəaliyyəti qeydə alınıb və Azərbaycanın müvafiq qurumları tərəfindən aparılan anti-terror əməliyyatı nəticəsində Ermənistan vətəndaşları olan 62 nəfərdən ibarət diversiya qrupunun üzvləri saxlanılıb.

 

Turan ASLAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv