Modern.az

Ən güclü vaksin - Loğman MƏSLƏHƏTİ

Ən güclü vaksin - Loğman MƏSLƏHƏTİ

28 Aprel 2021, 11:10

Dünya şöhrətli təbib, 3 ölkənini (Almaniya, İtaliya, Rusiya) tibb elmləri doktoru A.Zalmanovun güclü kəlamını bir daha yadınıza salıram. Alim deyirdi: “Mikrob özü özlüyündə heç nədir, əsas məsələ onun düşdüyü mühitdir”. Mühit bizim cismimiz və ruhumuzdur. Elm buna orqanizm adı verib. Orqanizmin müqaviməti, yəni immun sistemi zəifdirsə, heç bir vaksin onu mikroblardan və bakteriyalardan qoruya bilməz. Çünki mikrob və onun törətdiyi fəsad səbəb deyil, nəticədir.

Səbəb - həyat tərzidir.


Səbəbi aradan qaldırmadan, yəni qeyri-sağlam həyat tərzini sağlam həyat tərzi ilə əvəz etmədən, maskaların, iynələrin, qadağanların, polisin, cərmələrin gücünə mikrob və bakteriyaları qırmaq və bizi qoruyan “ordunu” - 70 trilyon hüceyrəni gücləndirmək mümkün deyil.


Mikrobları gücləndirən və müdafiə “ordusunu” zəiflədən səbəbi uzaqda yox, mətbəxdə axtarın. Əgər analar ağzınızı “dadlı” mətbəxə dadandırıbsa, qidada fayda yox, ləzzət axtarırsınızsa, ağır xəstəliklər bu və ya başqa bir formada qaçılmazdır. Dərmanla müalicə isə orqanizmin müqavimətini baltalayır.


İki vacib məsələni heç vaxt unutmayın. Birinci, dərmanın təsiri müvəqqəti olduğu üçün, dərmanla müalicə insanı dərmandan asılı vəziyyətə salır. İkinci, kimyəvi preparatlar virus daşıyıcısı olan mikroblarla yanaşı, hüceyrələri də qırır, daxili orqanları sıradan çıxarır.


Mən 30 il (1965-1995) il 8 ağır xəstəlikdən əzab çəkmiş 87 yaşlı qoca heç vir virusdan qorxmuram. Çünki qidada ləzzət yox, fayda axtarıram. Bütün vitaminləri və digər faydalı elementləri canlı qidadan - çiy meyvələrdən, tərəvəzdən, pencərdən, qozdan, fındıqdan, badamdan, tumlardan, çiçəklərdən, baldan alıram. Uzlaşmayan qidaları qarışdırmıram. Gecə saat 10-da yatıb, səhər 6-da dururam, Nişinin 6 qaydasını və mənim əlavə etdiyim təmrinləri ardıcıl yerinə yetirirəm. Bir sözlə, orqanizmi baltalamıram, onu qoruyuram.


Sizdən bir daha xahiş edirəm, məndən bu və ya başqa xəstəliyin müalicə metodu haqqında məsləhət istəməyin. Mən müalicə ilə məşqul olmuram. Bütün məsləhətləri “Möcüzəsiz möcüzə”, “Bolezn veka” (“Xərçəng barədə”), “Bizi yaşadan da qidadır... Öldürən də” və digər kitablarda ətraflı və çox sadə dildə vermişəm. Onları yazdım ki, ağıllı insanlar oxuyub özlərinin həkimi olsunlar və orqanizmə qulluq etsinlər.


Bu gün konkret olaraq, onu deyə bilərəm ki, hər bir virus daşıyıcısının, o cümlədən, “COVİD-19”un yemi - bizim çox sevdiyimiz ət, yağ, çörək və digər un məmulatları, şəkər və tərkibində süni şəkər olan məmulatlardır


Məsləhət: hər səhər yerdən durcaq 300 qr. çiy suya 1 limon sıxın, 2 çay qaşığı bal qatıb ilıq şəkildə, qurtum-qurtum için. Yarım saatdan sonra böyük fincana itburnu və qaragilə dəmləməsi, 2 çay qaşığı alma sirkəsi və 2 çay qaşığı bal qatıb için. Yarım saatdan sonra qab dolusu tərəvəz salatına 2-3 diş sarımsaq (göyü daha yaxşıdır) döğrayıb, 5-8 ədəd qozla (və ya 10-15 ədəd fındıq və ya 10-15 ədəd badamla) yeyin. Əgər “sevimli” xörəkdən əl çəkə bilmirsinizsə, heç olmasa tərəvəz salatını bol edin.


Yadda saxlayın: limon və sarımsaq bütün mikrobların və bakteriyaların qənimidir.


Ərşad Əzimzadə,

“Ana Təbiət” NGM-nin rəhbəri,

yazıçı-jurnalist. 28.04.2021.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi