Modern.az

“Bakı şəxsi nəqliyyat üçün deyil, avtobus sərnişinləri üçündür” - BNA sədri

“Bakı şəxsi nəqliyyat üçün deyil, avtobus sərnişinləri üçündür” - BNA sədri

28 Aprel 2021, 12:16

 

“Xüsusi zolaqlar olduğu zaman müəyyən küçələrdə müəyyən sıxlıqlar olacaq, əhali buna öyrəşməlidir”.

 

Modern.az az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, bu gün xüsusi zolaqların verdiyi zəncirvari effekti yarada  bilməyiblər.

“Təklif etdiyimiz 24 zolaqdan 13-ü razılaşdırılıb, 10-u qəbul olunub. Məsələn, Atatürk prospektində xüsusi zolaq var, amma zolaq Ziya Bünyadov prospektində itir. Avtobus təyyarə deyil. Sərnişin narazılıqlarını başa düşürük, amma avtobusların intensivliyi təmin edilmədikcə, sıxlıqlar yaşanır. Bəzən deyirlər ki, xəttə daha çox avtobus buraxın. Avtobusların sayını artırmaqla problemi həll etmək mümkün deyil. Avtobus zolaqlarının sayını artırmadıqca, sərnişin məmnuniyyətini tam təmin edə bilməyəcəyik. Bütün yollar piyada başlanır, piyada yekunlaşır. Bu şəhər şəxsi nəqliyyat vasitələrinin istifadəsi üçün deyil. Bu, Bakıda yaşayan, işləyən əsas kütlənin əhatə etdiyi avtobus sərnişinlərinin rahatlığı üçündür”.

 

V.Kərimli dar küçələrdə xüsusi zolaqlarını yaradılması məsələsinə də toxunub. O bildirib ki, əksər dar küçələri dünya şəhərlərində avtobus zolaqları salınıb.

“Xüsusi zolaqla sərnişinlərin səyahət etmə vaxtı 2 dəfə, sərnişin sıxlığı azalır. Avtobus zolaqları şəxsi nəqliyyatdan çox avtobuslardan istifadəni stimullaşdırır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər