Modern.az

Tanınmış jurnalist İctimai şuraların işini TƏNQİD ETDİ

Tanınmış jurnalist İctimai şuraların işini TƏNQİD ETDİ

Media

28 Aprel 2021, 16:50

“QHT sektorundan yaxından tanıdığım şəxslərin, jurnalist həmkarlarımın müxtəlif nazirlikərin, dövlət komitələrinin, digər rəsmi qurumların yanında fəaliyyət göstərən İctimai şuralarda təmsil olunması müsbət haldır. Effektiv ictimai nəzarət mexanizminin yaradılması ölkədə açıq cəmiyyət quruculuğunu gücləndirəcək, məmur özbaşınalığına son qoyacaq və vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsini təmin edəcəkdir”.

Modern.az xəbər verir ki, bu sözləri Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə İctimai şuraların fəaliyyətinə münasibət bildirərkən deyib. O qeyd edib ki, son bir neçə ildə dövlət qurumlarının yanında İctimai şuralar mövcud olsa da, onların fəaliyyəti bir o qədər də diqqəti cəlb etmir:

 

“Təəssüf ki, bəzi dostlarımız İctimai şuralara iş yeri kimi baxırlar. Doğrudur, İctimai Şura üzvlərinə rəsmi məvacib ödənilmir, amma Azərbaycan üçün xarakterik olan “paket” sisteminin burada da keçərli olduğu deyilir. Əgər belə deyilsə, İctimai Şura üzvünü nazirə, komitə sədrinə yaltaqlanmağa nə vadar edir? Axı İctimai şuralar müvafiq qurumların fəaliyyətinə nəzarət etmək, mövcud nöqsanları göstərmək üçündür. Təəssüf ki, biz hansısa İctimai Şura üzvünün ciddi bir problemi ictimailəşdirdiyinin şahidi olmamışıq”.

Seymur Verdizadə yeni yaradılan İctimai şuralarda jurnalistlərin təmsil olunmasının keyfiyyət dəyişikliyinə gətirib çıxaracağına ümid etdiyini bildirib:

“Ümid edək ki, jurnalist dostlarımız özlərinin peşə kodeksinə sadiq qalaraq, təmsil olunduqları sahələrdə mövcud olan nöqsanları ictimailəşdirməkdən çəkinməyəcəklər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü