Modern.az

İstanbulda NATO toplantısı başa çatdı

İstanbulda NATO toplantısı başa çatdı

Təhsil

5 Fevral 2010, 15:33

Bu gün İstanbulda NATO ölkələrinin müdafiə nazirləri bir araya gəlib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin ev sahibliyi etdiyi və 52 ölkənin müdafiə nazirlərinin qatıldığı toplantını Şimali Atlantika Alyansının baş katibi Anders Foqş Rasmussen açıb. Əfqanıstan əməliyyatlarında NATO-ya dəstək verən ölkələrin müdafiə nazirlərinin iştirak etdiyi iclasda Rasmussen bəyan edib ki, əsas hədəf  “hamımızı təhdid edən terrorun olmadığı bir Əfqanıstandır”.  NATO baş katibi Əfqanıstanda təhlükəsizlik güclərinin cari il ərzində əfqan hərbçilərinə dövr ediləcəyini  bildirib. 2009-cu ili Əfqanıstan acısından  NATO üçün “zor il” olduğunu deyən Rasmussen cari ildə Əfqanıstanda qarşıdurmların artmasından şübhəli olmadığını bildirib. O, Əfqanıstana əlavə hərbi qüvvələrin göndərilməsi məsələsində 36 ölkədən dəstək aldıqlarını deyib. “Əfqanıstan terrorun olmadığı bir ölkəyə çevriləcək. NATO və ortaqlarımız bunun  gerçəkləşməsi üçün üzərinə düşən vəzifəfni yerinə yetirəcək”,-deyə Rasmussen bildirib.

 

İclasda çıxış edən Türkiyənin müdafiə naziri Vecdi Gönül bəyan edib ki, NATO öz qarşısına ölkədə vəziyyətə nəzarət edə biləcək döyüş qabilyyətli əfqan ordusunun və polisinin yaradılması vəzifəsini qoyub. “Əfqanıstan təhlükəsizlik qüvvələrini hazırlayacaq təlimatçıların sayının artırılması vacibdir”,-deyə Gönül bildirib.

 

Bu günkü toplantıda NATO büdcəsinin bölüşdürülməsi məsələsinə də baxılıb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü