Modern.az

Keçmiş mətbuat katibi baş redaktor TƏYİN OLUNDU

Keçmiş mətbuat katibi baş redaktor TƏYİN OLUNDU

29 Aprel 2021, 12:40

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tural Səfərov vəsifəsindən ayrılıb.

Modern.az xəbər verir ki, bu barədə onun özü bildirib:

“Üç il çalışdığım Səhmdar Cəmiyyətin fəaliyyətinin, milli dəyərimiz olan xalça sənətinin təbliğ olunmasında əlimizdən gələni əsirgəmədik. Ancaq hər şeyin bir başlanğıcı olduğu kimi, bir sonu da vardır. Bununla bağlı əmma axtaracaq “dostlara” indidən deyirəm ki, heç nə düşündükləri kimi deyil. Bu, mənim öz qərarımdır, fəaliyyətimi media sahəsində davam etdirmək istəyimdir”.

T.Səfərov deyib ki, o, bundan sonra “Moderator.az”da çalışacaq:

“May ayının 1-dən fəaliyyətimi “Moderator.az” İnformasiya Agentliyinin baş redaktoru kimi davam etdirəcəyəm”.

Qeyd edək ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yeni mətbuat katibi Xatuna Abdullayeva təyin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı