Modern.az

Qarabağdakı separatçılar taxıl zəmilərində yanğın olacağından QORXURLAR

Qarabağdakı separatçılar taxıl zəmilərində yanğın olacağından QORXURLAR

29 Aprel 2021, 15:26

Xankəndidə toplaşan erməni separatçıları Qarabağın Azərbaycan ordusunun nəzarətində olmayan ərazilərində əkilən taxıl sahələrinə zərər dəyəcəyindən qorxurlar.

Modern.az saytı Ermənistan mediasına istinadən xəbər verir ki, separatçılar sahələrin qorunması və taxıl məhsulunun itkisiz yığılmasını təşkil etmək üçün qondarma “yanğınsöndürmə briqadaları”nı səfərbər ediblər.

Bu “xidmətin rəhbərləri” aprelin 19-da Əsgəran, Ağdərə və Xocavənd bölgələrinə səfər edərək, mümkün yanğına nəzarət məntəqələri üçün nəzərdə tutulan yerləri müəyyənləşdiriblər.

Əkin sahələrinin yaxınlığında gecə-gündüz növbətçiliyi təşkil etmək qərara alınıb, su doldurma məntəqələri yaratmağa başlayıblar.

Əkin sahələrinin 400 hektar olduğu bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?