Modern.az

Ruslar Kəlbəcərə yenə yardım GÖNDƏRDİ

Ruslar Kəlbəcərə yenə yardım GÖNDƏRDİ

29 Aprel 2021, 21:44

“Rusiya sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Azərbaycanın nəzarətinə keçən ərazilər arasında malların tranzitini təmin etməyə davam edir”.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

 

Bildirilib ki, enerji təchizatı və su təchizatı sistemlərinin bərpası, sosial obyektlərin və yaşayış binalarının bərpası üçün 20 KamAZ hərbi maşını və müşayiət edən nəqliyyat vasitələrindən ibarət Humanitar Yardım Mərkəzinin on beşinci Rusiya karvanı Suqovuşan - Kəlbəcər marşrutu ilə irəliləyərək 420 ton tikinti materialları və avadanlıqlarının Kəlbəcər rayonuna çatdırılmasını təmin edib.

 

“Ümumilikdə, rus sülhməramlılarının köməyi ilə on beş avtomobil karvanı 2800 tondan çox yük daşıyıb.

 

Ötən il 9 noyabr tarixində Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış üçtərəfli sazişin şərtləri əsasında Azərbaycan tərəfinə yardım göstərilir”, - deyə Rusiya MN-dən bildirilib.

 

Turan ASLAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı