Modern.az

Təhsil nazirinə yeni müavin TƏYİN EDİLDİ

Təhsil nazirinə yeni müavin TƏYİN EDİLDİ

Ölkə

30 Aprel 2021, 10:30

Prezident İlham Əliyevin sərəncamı ilə Təhsil nazirinin aparat rəhbəri Muxtar Məmmədov təhsil nazirinin müavini təyin olunub.


Modern.az
xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun  müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, bu gün təhsil naziri Emin Əmrullayev yeni nazir müavininə nazirliyin kollektivi ilə birgə uğurlar arzulayıb.

Muxtar Məmmədov daha əvvəl Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2016-cı ilin iyun ayında  Aparat rəhbəri vəzifəsinə təyin edilmişdi.

Qeyd edək ki, bu təyinatadək Təhsil nazirinin iki müavini vardı: Firudin Qurbanov və İdris İsayev...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi