Modern.az

İranla Gürcüstandan ermənilərə qarşı soyqırımı iddiası - ÖZƏL

İranla Gürcüstandan ermənilərə qarşı soyqırımı iddiası - ÖZƏL

Hadisə

30 Aprel 2021, 11:53

Birinci Dünya Müharibəsi illərində erməni silahlıları əvvəlcə Şərqi Anadoluda, rus Qafqaz cəbhəsi dağıldıqdan sonra isə Cənubi Qafqazda İrəvan quberniyası ərazisində, Cənubi Azərbaycanda, Gürcüstanda Borçalıda, Azərbaycanın müxtəlif yerlərində dinc əhalini kütləvi surətdə soyqırımına məruz qoyublar.


Bütün bu qırğınların üzəri bağlanmağa çalışılsa da, zaman-zaman aşkar edilən kütləvi məzarlıqlar, tarixi sübutlar ermənilərin necə qəddar olduğunu bir daha göz önünə sərir.


Təəssüf ki, bütün bunlara erməniləri dəstəkləyən dünya göz yumur. Təsəvvür edirsinizmi, soyqırımı törədən erməniləri soyqırımına məruz qalan millət kimi tanıtmaqdan əl çəkməyən ölkələr kifayət qədərdir. Elə Amerika prezidenti Co Bayden də qondarma erməni soyqırımına görə, ermənilərə “başsağlığı” verməklə bu qərəzli siyasətə qoşulmuş oldu.


Baydenin məqsədi hər kəsə məlum idi. O seçki öncəsi dəstəyini aldığı erməni lobbisini razı salmaq üçün heç bir əsası olmayan yalana “hə” dedi. Məsələnin hüquqi əsası olmadığını isə bütün Türk dünyası dərk edir.


Maraqlıdır, bütün dünyaya “ədalət” dərsi keçən Amerika  102 il əvvəl baş verdiyi iddia edilən saxta soyqırımını dəstəkləyirsə, bəs “Bayden ədaləti” həmin dövrdə Şərqi Anadoluda, Cənubi Qafqazda, indiki Gürcüstan, İran və Azərbaycan ərazilərində ermənilərin kütləvi qətlə yetirdiyi türk-müsəlman əhalinin qırğınlarına necə göz yuma bilir?
Çox da uzağa getməyək 1992-ci ildə Ermənistanın “əl işi” olan Xocalı soyqırımına necə görməzdən gəlir?


Amerikanın ermənipərəst mövqeyindən sonra həmin ərazilərdə yaşayan azərbaycanlılar birləşərək, vətəndaşı olduqları ölkənin rəhbərliyinə müraciət etməyi düşünürlər. Tarixi ədalətin yerini tapması üçün türk-müsəlman əhaliyə qarşı soyqırımılarının tanınması, geniş araşdırılması vacibdir və bu baxımdan imza toplanması haqqında qərar qəbul edilib.


Modern.az
-ın əldə etdiyi məlumata görə, indi İran və Gürcüstanda ötən əsrin əvvələrində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımıları ciddi şəkildə araşdırılır. Artıq imza toplanılır. Nəzərdə tutulan imzalar toplandıqdan sonra beynəlxalq təşkilatlara faktlarla müraciət olunacaq. Baş verən soyqırımına görə, ermənilərə qarşı iddialar irəli sürüləcək.


Bununla bağlı ilk olaraq İran və Gürcüstan rəhbərliyinə müraciət olunacaq.  


Ötən əsrin əvvəllərində baş verənlər barədə Modern.az-a danışan tarixçi, deputat Musa Qasımlı da qürbətdə yaşayan azərbaycanlıların öz ata-babalarının məruz qaldığı soyqırımına görə ədalət tələb etməsinin tərəfdarıdır. Musa Qasımlı həmin qırğınlar haqqında əhəmiyyətli məlumatları bölüşüb:


“Elmi rəhbərliyim altında Həsən Cəfəri əsasən İran arxiv mənbələrindən istifadə edərək, Cənubi Azərbaycanın bəzi yerlərində erməni silahlı bandalarının törətdikləri kütləvi qırğınlardan bəhs edən bir dissertasiya işi yazıb müdafiə etdi. Qırğınlar əsasən Urmiyə, Səlmas, Maku, Xoy və başqa yerlərdə törədilib. Orada öldürülən azərbaycanlıların sayı təqribən 300 minə yaxındır. Əlbəttə, yeni sənədlər üzə çıxdıqca, bu rəqəm arta bilər.

Transqafqaz Komissarlığı və sonra Transqafqaz Seymi Tiflisdə yerləşdiyindən Gürcüstan arxivlərində 1917-ci ilin payızından Cənubi Qafqazda başlayan kütləvi qırğınlar haqqında çoxlu sənədli materiallar var. Yüzlərlə sənədi gürcü arxivlərindən gətirib istifadə etmişəm. 1919-cu ildə Ermənistan-Gürcüstan müharibəsi zamanı gürcülərlə çiyin-çiyinə işğalçı ölkəyə qarşı özlərinin dəstələrini yaradaraq döyüşən azərbaycanlılar da düşmən tərəfindən qətlə yetiriliblər, mal və mülkləri  viran qoyulub.

Bu ölkələrdə yaşayan azərbaycanlıların bir araya gələrək, imza toplayıb, yaşadıqları ölkənin rəhbərliyinə təqdim etməsi nəticəsinin necə olacağından asılı olmayaraq təqdirəlayiqdir. Müraciətlərin edilməsinin ziyanı yoxdur. Hər hansı jurnalist və həvəskar araşdırmaçının da yazdığı xeyirli ola bilər. Ən vacibi hər iki ölkədə soydaşlarımızın ziyalı kəsiminin bu mövzunu gündəlikdə saxlamasıdır. Ancaq dərin araşdırımaları tarixi tədqiqatların metodlarına bələd və tarixi-nəzəri bilikləri olan şəxslər daha yaxşı apara bilər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü