Modern.az

Sağalanların sayı yoluxanları iki dəfə üstələdi - 27 nəfər öldü

Sağalanların sayı yoluxanları iki dəfə üstələdi - 27 nəfər öldü

Hadisə

30 Aprel 2021, 18:48

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb, 2162 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 319109 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 289460 nəfər müalicə olunaraq sağalıb, 4517 nəfər vəfat edib, aktiv xəstə sayı 25132 nəfərdir.

 

Ölkədə son sutka ərzində 11319, hazırkı dövrədək isə 3241186 test aparılıb.

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir