Modern.az

Gənclər və idman naziri Azad Rəhimov vəfat etdi

Gənclər və idman naziri Azad Rəhimov vəfat etdi

30 Aprel 2021, 23:23

Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov 57 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib.

 

Qeyd edək ki, Azad Rəhimov 4 aydır ABŞ-dakı klinikaların birincə ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunurdu..


Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 08-də Bakı şəhərində anadan olub. 1971-ci ildə Bakı şəhəri 134 saylı məktəbin birinci sinifinə daxil olub, 1981-ci ildə həmin məktəbdə orta təhsilini bitirib.

1981-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub.
1987-1989-cu illərdə Azərbaycan LKGJ Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. 1994-1998-ci illərdə «Ros-İMESKO» Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək «İtaldizayn» Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2006-cı il tarixli sərəncamı ilə Gənclər və İdman naziri vəzifəsinə təyin edilib. 
Ailəlidir, bir övladı var.

Azərbaycan Prezidentinin 29 iyun 2015-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeni, 24 iyul 2019-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


Allah rəhmət eləsin...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!