Modern.az

Sabiq icra başçısı VƏFAT ETDİ

Sabiq icra başçısı VƏFAT ETDİ

1 May 2021, 09:02

Laçın rayon İcra Hakimiyyətinin keçmiş başçısı Akif Səlimov ötən gün vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə mərhumun dostları bildiriblər.

A.Səlimov 1950-ci il noyabrın 7-də Laçın rayonunun Qarıqışlaq kəndində anadan olub. Birinci  Qarabağ müharibəsi Laçın və Füzuli cəbhəsində döyüşlərin iştirakçısı olub. O, 1984-2006-cı Laçın, Goranboy, Qax, Cəlilabad rayonlarında Polis Şöbəsinin rəisi vəzifəsini tutub. 2013-2016-cı illərdə Laçın rayon İcra Hakimiyyətinin başçısı olub.

Birinci Qarabağ müharibəsindən bəhs edən "Cığırlar birləşsələr", "Ora Vətəndir" kitablarının müəllifidir.

Mərhum Suraxanı rayonunundakı Dədə Qorqud məzarlığında dəfn olunacaq.

Allah rəhmət eləsin...

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir