Modern.az

Rusiya MN-dən sülhməramlı AÇIQLAMASI

Rusiya MN-dən sülhməramlı AÇIQLAMASI

1 May 2021, 23:59

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasındakı Rusiya sülhməramlı kontingentinin mayın 1-nə olan fəaliyyəti ilə bağlı məlumatında deyilir.

 

“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur.

Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər”.

 

Məlumata görə, Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları sülhməramlıların məsuliyyət zonasında minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər:

 

“Gün ərzində 7 bina yoxlanılıb, 6 hektar ərazi, 2 km yol təmizlənib, 2 partlayıcı maddə aşkar edilib.

Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 2059 hektar ərazi, 629,3 km yol, 1,788 yaşayış binası, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 25 603 partlayıcı maddə zərərsizləşdirilib.”

 

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

 

Turan ASLAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi