Modern.az

Bərdə-Ağdam dəmir yolu - FOTOLAR

Bərdə-Ağdam dəmir yolu - FOTOLAR

2 May 2021, 15:51

Bir qrup jurnalist Bərdə-Ağdam Dəmir yolu xəttinin birinci mərhələsinin tamamlanma işləri ilə tanış olmaq üçün bölgəyə səfər ediblər. 

 

Modern.az-a verilən məlumata görə onlar Bərdənin Köçərli və Təzəkənd stansiyası, layihənin ilkin mərhələsinin son tamamlanma işləri ilə tanış olublar. Jurnalistlər Ağdam şəhərinə də səfər ediblər. Erməni işğalçılarının şəhərdə törətdikləri dağıntılara şahidlik ediblər. Onlar Ağdam məscidini və Şəhidlər Xiyabanına baş çəkiblər. 

 

Jurnalist qrupunun tərkibində “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, “TRT ajans” media holdinginin Azərbaycan üzrə koordinatoru Yasəmən Məmmədli, Modern.az informasiya agentiliyinin redaktoru Vüqar İsmayılov, Xəzər TV-nin çəkiliş qrupu və digər KİV-lər iştirak ediblər.

 

Azərbaycan Dəmir yolları tikintiyə nəzarət idarəsinin labaratoriya müdiri Azər Məmmədov Ağdam da gedən dəmiryolu tikintisi ilə bağlı Modern.az- məlumat verib:

 

“Bərdə-Ağdam dəmir yolu layihəsi 50 km-dən ibarətdir. Layihə iki mərhələyə ayrılıb. Birinci mərhələ Bərdə-Köçərli və Təzəkənd stansiyalarıdır, 21 km-dən ibarətdir. İkinci mərhələ isə 29 km-dən ibarət olan Təzəkənd-Ağdam stansiyasıdır. İlk mərhələ də üç stansiya, 50 su ötürücü qurğu olacaq. Bunlardan iki ədəd körpü, 34 ədəd suötürücü qurğular və 14 ədəd eyni səviyyəli yol keçidin tikintisi nəzərdə tutulur. Hazırda birinci mərhələyə aid olan torpaq işlərinin 65% görülüb, suötürücülərin 40%-i yekunlaşıb. 

 

İkinci mərhələyə aid olan Təzəkənd-Ağdam ərazisində minadan təmizlənmə işləri və layihələndirmə davam etdirilir”. 

Mehri Qurban 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir