Modern.az

Lerikdəki dəhşətli qətllə bağlı rəsmi məlumat - Molla qadının başını niyə kəsib...

Lerikdəki dəhşətli qətllə bağlı rəsmi məlumat - Molla qadının başını niyə kəsib...

3 May 2021, 10:32

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri Lerikdə qadının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

 

Modern.az-a verilən birgə məlumatda bildirilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Lerik rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

 

Xəbər verildiyi kimi, aprelin 28-də saat 16 radələrində Lerik rayonunun Barzavu kənd sakini 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızının yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İstintaqla cinayətin mərhumun həmkəndlisi 1972-ci il təvəllüdlü Əsgərov Murad Gülbaba oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Murad Əsgərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmiş, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf etmiş, hadisə yerində ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı cinayətin törədilmə mexanizmini əyani olaraq göstərib.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Qeyd edək ki, Murad Əsgərov Barzavu kəndində mollalıq edirmiş. O, Zəkifə Fərziyevaya təcavüz etməyə çalışıb, bu istəyinə nail ola bilmədiyinə görə dəhşətli qətli törədib.

Hadisə baş verən gün qadın evdə tək olub. Bundan istifadə edən Murad Əsgərov ona təcavüz etmək istəyib.

Z. Fərzəliyeva 3 uşaq anasıdır, bir oğlu cəbhə bölgsində həqiqi hərbi xidmətdədir, bir oğlu isə Bakıda işləyir. Qadının bir oğlu isə yanında qalırmış. Z.Fərzəliyevanın həyat yoldaşı isə mövsümi işlə bağlı Rusiyada işləməyə gedib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi