Modern.az

Xarici jurnalistlər Azərbaycanla Ermənistanın “informasiya müharibəsi”nə təsir edə bilər

Xarici jurnalistlər Azərbaycanla Ermənistanın “informasiya müharibəsi”nə təsir edə bilər

Media

3 May 2021, 12:16

“Xarici jurnalistlərin azad olunmuş ərazilərə getmək istəyi elə də böyük deyil. Bu açıq-aşkar görünür”.

Bu sözləri Modern.az-a “Yeni Nəsil” Jurnalistlər Birliyin sədri Arif Əliyev xarici jurnalistlərin azad olunmuş ərazilərə səfərinin informasiya müharibəsinə təsirindən danışarkən deyib.

Onun sözlərinə görə, əcnəbi jurnalistlərin Qarabağın rusiyalı sülhməramlıları nəzarətində olan ərazilərə marağı daha çoxdur:


“Jurnalistlərin azad olunmuş ərazilərə səfər etməsinin informasiya müharibəsinə müəyyən dərəcədə təsiri var. Amma mən deyə bilərəm ki, xarici jurnalistlərin azad olunmuş ərazilərə getmək istəyi elə də böyük deyil. Bu açıq-aşkar görünür. Xarici jurnalistlərin səfərini təşkil etmək üçün Azərbaycan tərəfi müəyyən səylər göstərməlidir. Jjurnalistlər daha çox Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan bölgələrə səfər etmək istəyirlər. Buna da Azərbaycan tərəfi müəyyən məhdudiyyətlər qoyur. Çünki belə səfərlərin əksəriyyəti Ermənistan ərazisindən baş verir. Yəqin ki, xarici jurnalistlərin törədilən cinayətləri qələmə alması informasiya müharibəsinə müsbət təsir bağışlayır”.


Fidan İlqarqızı

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir