Modern.az

“Şərq TV” öncədən planlaşdırdığımız layihə idi - Akif Aşırlı

“Şərq TV” öncədən planlaşdırdığımız layihə idi - Akif Aşırlı

3 May 2021, 13:07

“Zamanında “Şərq TV” üçün maliyyə ayıra bilmədik. “Şərq” qəzeti nəşrə başladığı zaman bizim “Şərq TV” adlı rubrikamız var idi. Orada müsahibələr aparır, televiziyanın görüntülərini sözlə ifadə etməyə çalışırdıq. İndi isə arzumuz reallaşdı və “Şərq TV” fəaliyyətə başladı”.

Bu sözləri “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Modern.az-a açıqlamasında deyib. O, kiçik bir komanda ilə müəyyən texniki imkanlar yaratdıqlarını qeyd edib:


“Gündəlik debatlar formasında aktual mövzuların müzakirələrini həyata keçiririk, reportajlar hazırlanır. Bundan başqa, müəyyən veriliş formatları üzərində çalışırıq, planlarımız var. Biz bu layihəni “Şərq” qəzeti üzərindən həyata keçiririk. Layihə qəzetin ayaqda qalması, ictimai rəyə təsirinin artırılması üçün kağız və sayt variantına dəstək verəcək. Layihələrin hər biri bir-birinə bağlıdır. Saytımız artıq çox aktiv şəkildə fəaliyyət göstərir, “Şərq” qəzeti üzərində yeni formatlar fikirləşmişik. “Şərq Media” qrupu koordinasiyalı  şəkildə fəaliyyətini tənzimləyəcək”.

 

Mehri QURBAN

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir