Modern.az

Ağdamın viran qalmış Baş Qərvənd, Göytəpə, Ətyeməzlər kəndləri – FOTOLAR

Ağdamın viran qalmış Baş Qərvənd, Göytəpə, Ətyeməzlər kəndləri – FOTOLAR

Reportaj

3 May 2021, 13:47

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağıntıların miqyası bütün dünyanı dəhşətə gətirib. Xüsusən, uzun illər Qarabağ bölgəsinin ən böyük şəhəri sayılan Ağdamın xarabalıqları beynəlxalq ekspertləri, jurnalistləri və siyasi xadimləri laqeyd qoya bilmədi.

 

Modern.az saytının əməkdaşları Ağdam rayonun azad edilmiş ərazilərin səfər edərək Ətyeməzli, Baş Qərvənd və Göytəpə kəndlərində çəkiliş aparıblar.

1993-cü ilin yayında Ermənistan Ordusunun bölmələri tərəfindən işğal edilən kəndlərdə o zaman qədər 10 mindən çox daimi sakin yaşayıb. Böyük təsərrüfat sahələrinin, məktəb, mədəniyyət evləri və s. sosial-iqtisadi obyektlərinin olduğu kəndlərdə bu gün salamat tikili demək olar ki, yoxdur. Yalnız divarları qalan damsız evlərdən ibarət kəndlərin minalandığı, bəzilərində döyüş mövqeləri və snayper yuvalarının qaldığını da müşahidə etmək mümkündür.

Modern.az Ətyeməzli, Baş Qərvənd və Göytəpə kəndlərindən həmçinin, Ağdam şəhərinin mərkəzindən fotoları təqdim edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı