Modern.az

YAP-a yeni mətbuat katibi təyin edildi - FOTO

YAP-a yeni mətbuat katibi təyin edildi - FOTO

3 May 2021, 14:18

Yeni Azərbaycan Partiyasına (YAP) yeni mətbuat katibi təyin edilib.

 

Modern.az xəbər verir ki, Elməddin Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.

 

YAP-ın əvvəlki mətbuat katibi Hüseyn Paşayev isə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilməsi ilə əlaqədar olaraq öz vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, E.Quliyev bundan əvvəl Dövlət Statistika Komitəsinin mətbuat katibi vəzifəsində çalışıb.

 

Özü ilə bağlı yeni təyinatdan danışan Elməddin Quliyev bildirib:

 

"Fəaliyyətimi bundan sonra hakim Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İçtimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi davam etdirəcəyəm.

 

Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan, regionun ən böyük təşkilatı olan hakim partiyada fəaliyyətə başlamaq sözsüz ki, mənim üçün böyük bir şərəfdir. Praqmatik lider, qalib sərkərdə kimi dünyada böyük nüfuza malik olan Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkənin alternativsiz təşkilatı olan bir siyasi partiyada çalışmaq, eyni zamanda, üzərimə böyük bir məsuliyyət qoyur.

 

Bu məsuliyyəti dərk edərək əminliklə bildirirəm ki, çalışdığım bütün qurumlarda olduğu kimi, Yeni Azərbaycan Partiyasında da fəaliyyətimi var gücümlə davam etdirməyə və mənə göstərilən böyük etimadı doğrultmağa çalışacağam".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı