Arxiv
3 May 2021, 15:26 | İQTİSADİYYAT
Alimpaşa Məmmədovun oğlunun zavodu bu tarixdə satışa ÇIXARILACAQ

“Son günlər bəzi kütləvi informasiya vasitələrində Şəmkir Balıq Zavodunun özəlləşdirildiyi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Qeyd edək ki, Şəmkir Balıq Zavodu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən 2018-ci ildən hərrac qaydasında özəlləşdirməyə çıxarılsa da, dövlətsizləşdirilməsi baş tutmayıb”.

 

Bu barədə Modern.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumatda bildirilib.

 

“Məlumat üçün bildirək ki, Şəmkir rayonu, Dəllər qəsəbəsi və Sarıtəpə kəndinin ərazisində yerləşən Şəmkir Balıq Zavodu 25 may 2021-ci il tarixində keçiriləcək hərraca çıxarılacaq. Müəssisə və hərracda iştirak şərtləri barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytına (https://bit.ly/3e5nW2r) və ya Özəlləşdirmə Portalına (https://bit.ly/3xyYfid) daxil olaraq məlumat əldə etmək olar”, - qurum bildirib.

 

Qeyd edək ki, Şəmkir Balıq Zavodu bir neçə gün bundan əvvəl Dövlət Təhlükəsizliik Xidmətinin apardığı əməliyyat zamanı saxlanılan Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun oğlu Adil Məmmədova məxsus idi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?