Modern.az

Bill Qeyts arvadından boşanır

Bill Qeyts arvadından boşanır

4 May 2021, 09:06

Dünyanın ən varlı adamlarından olan “Microsoft” şirkətinmin sahibi Bill Qeyts həyat yoldaşı Melinda ilə boşanıb.

Modern.az xəbər verir ki, bu barədə məlumat aparıcı xarici KİV-lərdə dərc olunub.

Xəbəri Bill Qeyts özü də “Twitter” hesabında təsdiqləyib.

“Çox düşündükdən sonra evliliyimizə son vermək qərarını gəldik”, - deyə Qeyts bildirib.

Cütlük 27 ildir ki, evlidir. Onların 3 övladı var.

Bil Qeyts həyatını tamamilə xeyriyyəçiliyə həsr etmək üçün 2014-cü ildə Microsoft şirkətinin sədrliyini, 2020-ci ildə isə şura üzvlüyünü tərk edib.

Onun və xanımının yaratdığı “Bill And Melinda Gates” fondu xeyriyyə işlərinə milyardlarla dollar xərcləyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı