Modern.az

Mayın 8 və 16-sı dərs günü olacaq - RƏSMİ

Mayın 8 və 16-sı dərs günü olacaq - RƏSMİ

Təhsil

4 May 2021, 12:00

Mayın 8-i (şənbə günü) və 16-sı (bazar günü) dərs günü olacaq.

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən bildirilib.

 

Qeyd edilib ki, may ayının 8-i və 16-sı müəllimlər üçün iş günü, şagirdlər üçün dərs günüdür.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may  iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

 

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi