Arxiv
4 May 2021, 12:03 | AKTUAL
Sabir Rüstəmxanlı: “Məscidlərin tikilməsinə mane olmaq lazım deyil”

Milli Məclisin bu gün keçirilən plenar iclasında məscidlər və din söhbətləri müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, deputat Sabir Rüstəmxanlı bəzi kəndlərdə illərdir məscid tikməyə icazə vermədiyini bildirib:

"Halbuki, insanlar məscidin tikilməsi üçün öz ciblərindən pul ayırmaq istəyirlər ki dövlətə yük olmasın. Elə kəndlər var ki, illərdir oranın məscidi yoxdu. Məscidlərin tikilməsinə mane olmaq lazım deyil. Amma sonradan ora din xadimlərinin seçilməsinə xüsusi diqqətlə yanaşılmalıdır”.

 

Milli Məclisin vitse spikeri Fəzail İbrahimli isə ümumilikdə din xadimlərinin nöqsanlarını din sahəsi ilə bağlamağın doğru olmadığını qeyd edib.

"Hesab edirəm ki, baş verənlər sırf dinlə bağlı deyil".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv